Bank Of Baku

Nizami Kino Mərkəzində “50 illik sehr” sənədli filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində “50 illik sehr” sənədli filminin təqdimatı keçirilib
# 21 oktyabr 2015 10:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 20-də Nizami Kino Mərkəzində “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyinə həsr olunmuş “50 illik sehr” sənədli filminin təqdimatı olub.

 

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, film “Kanal-S” Televiziya Şirkətinin dəstəyi ilə çəkilib.

 

Tədbirdə xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi yad edilib, aktrisa ilə bağlı olan görüşlərdən kadrlar nümayiş olunub.

 

Tural Səmədovun ideya müəllifliyi əsasında rejissor Mais Zeynalovun çəkdiyi “50 illik sehr” sənədli filmində “Sehrli xalat”da çəkilən aktyorların xatirələri və filmdən fraqmentlər tamaşaçılara təqdim edilib.

 

Filmdə çəkilmiş aktyorlar - S.Hətəmova, Y. Şeyxov və A. Mustafayeva çəkilişlər haqqında xatirələrini bölüşüblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR