Bank Of Baku

Nizami Kino Mərkəzində “Qatil” bədii filminin təqdimatı keçiriləcək

Nizami Kino Mərkəzində “Qatil” bədii filminin təqdimatı keçiriləcək
# 16 oktyabr 2015 12:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınan “Qatil” bədii filminin təqdimatı keçiriləcək.

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, rejissor Kamran Şahmərdanın Elçinin eyniadlı pyesi əsasında ekranlaşdırdığı film “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

 

Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

 

Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR