Bank Of Baku

Tərcümə Mərkəzi Çexiya “Pen” Yazıçılar Təşkilatı ilə əməkdaşlıq görüşü keçirib

Tərcümə Mərkəzi Çexiya “Pen” Yazıçılar Təşkilatı ilə əməkdaşlıq görüşü keçirib
# 12 may 2015 11:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Çexiya “Pen” Yazıçılar Təşkilatı ilə əməkdaşlıq görüşü keçirib.

 

Mərkəzdən APA-ya verilən məlumata görə,  “Pen” Yazıçılar Təşkilatının rəhbəri Yirji Dyedyecek bildirib ki, “Pen” Təşkilatının əsas işi dünya yazıçılarının kitablarını nəşr edərək, onlara kömək göstərmək, Praqada keçirilən ədəbiyyat festivallarını təşkil etməkdir: “Azərbaycanda Tərcümə Mərkəzi kimi ölkəsinin ədəbiyyatının dünya dillərinə tərcüməsi və təbliği ilə məşğul olan belə bir böyük təşkilatın olması, hər iki ölkə arasında ədəbi əlaqələrin qurulmasına geniş imkanlar yaradır. Azərbaycan ədəbiyyatının seçmə nümunələrinin çex dilinə, eləcə də bizim ədəbi nümunələrin sizin dilinizə çevrilməsini, hər iki xalqın bir-birini yaxından tanıması istiqamətində atılacaq əhəmiyyətli addım hesab edirəm. Biz istərdik ki, hər iki ölkənin məlum-məşhur müəllifləri deyil, yeni dövr ədəbiyyatının aparıcı nümayəndələrinin əsərləri tərcümə edilsin. Biz ən qısa vaxtda Azərbaycan dilinə əsərləri çevriləcək müəlliflərin tam siyahısını və kitablarını mərkəzə təqdim edəcəyik”.

 

Tərcümə Mərkəzinin direktoru Afaq Məsud rəhbərlik etdiyi qurum haqqında məlumat verərək qeyd edib ki, mərkəzin dil və tərcümə sahəsi üzrə fəaliyyəti çoxşaxəlidir: “Sizinlə görüşümüzün məqsədi, ölkələrimiz arasında ədəbi əlaqələrin qurulmasını təşkil etmək, hər iki ölkənin ədəbiyyatını bir-birinə yaxından tanıtmaqdır. Biz sizin Milli Kitabxanada olduq. Təəssüflər olsun ki, orada Nizami Gəncəvidən savayı, Azərbaycan ədəbiyyatına dair heç bir kitab yoxdur. Lakin Azərbaycan həqiqətən zəngin ədəbi xəzinəyə malikdir və biz istərdik ki, bu xəzinədən çex oxucusu da xəbər tutsun”.

 

Görüşdə Çexiya Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Helena Provaznikova, “Azərbaijan Student Network” təşkilatının Praqa ofisinin direktoru Eldar Vəliyev, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktor müavini Zakir Fəxri, çex şair və yazıçıları iştirak ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR