Bank Of Baku

Üzeyir Hacıbəylinin “Azərbaycan musiqisinin əsasları” kitabının ilk nəşrinin 70 illiyinə həsr edilən elmi-konfrans keçirilib - FOTO

Üzeyir Hacıbəylinin “Azərbaycan musiqisinin əsasları” kitabının ilk nəşrinin 70 illiyinə həsr edilən elmi-konfrans keçirilib - <span style="color: red;">FOTO
# 15 may 2015 13:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Üzeyir Hacıbəylinin “Azərbaycan musiqisinin əsasları” kitabının ilk nəşrinin 70 illiyinə həsr edilən elmi-konfrans keçirilib.

 

APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov bildirib ki, “Azərbaycan musiqisinin əsasları” kitabının nəşri Azərbaycan musiqi tarixində mühüm hadisələrdən biridir. S. Fərəcov Ü. Hacıbəylinin həyat və yaradıcılığı haqqında danışıb, bəstəkarın Azərbaycan mədəniyyətindəki xidmətlərindən söz açıb.

 

Konfransda əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, Bakı Musiqi Akademiyasının professoru Cəmilə Həsənova, Bakı Musiqi Texnikumunun müəllimi İmran Şıxəliyev və başqaları məruzələrlə çıxış ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR