Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Xəyyam Hadi oğlu Mirzəzadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, X. Mirzəzadə Azərbaycan musiqisinin təbliğində və musiqiçi kadrların hazırlanmasındakı xidmətlərinə görə təltif edilib.