İyul ayında Novorossiysk limanından ixrac olunan Azərbaycan neftinin həcmi 56% azalıb
04 avqust 2008 13:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin iyul ayında Novorossiysk limanından 83 min 666 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib. İyul ayında Novorossiysk limanından ixrac edilmiş xam neftin həcmi iyun ayına nisbətən 56% az olub.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında həmin istiqamətdə 782 min 133 ton neft ixrac edilib. İyul ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 133,26 dollara, Ural nefti – 130,13 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 135,23 dollara satılıb.

Sənaye və energetika
Azərbaycan nefti ucuzlaşıb
10:31
4 may 2024
Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb
09:12
4 may 2024
Elsevər Rüstəmli: Tarif Şurasının yeni qərarı elektrik şəbəkəsinə qoşulmada şəffaflığı təmin edəcək
19:25
3 may 2024
Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı yeni mexanizmə ehtiyac var idi
18:37
3 may 2024