Rasim Kara: “Qarabağ” klubuna təzminat ödəməyəcəyəm”

Rasim Kara: “Qarabağ” klubuna təzminat ödəməyəcəyəm”
# 05 avqust 2008 16:05 (UTC +04:00)
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Rasim Kara deyib. Futbolçuları istirahətdən sonra bir araya gətirən türkiyəli mütəxəssis hazırlığın gedişindən razıdır: “UEFA kubokunda Polşanın “Lex” klubu ilə oyundan sonra futbolçular üç günlük istirahətə buraxılmışdı. Legionerlər də gəlib və artıq tam heyətlə gündə iki dəfə çalışırıq. Futbolçuların hazırlıq durumu ilə tanış oluram. Elə oyunçular var ki, polşalılara qarşı çıxış etməyib və onların səviyyələrinə yaxından bələd olmalıyam. Beş gündən sonra ilk turda “Karvan”la səfər oyunumuz var. “Transfer pəncərəsi” isə avqustun 30-da bağlanacaq. Həmin vaxta qədər bizə lazım olmayan oyunçularla yollarımızı ayıracaq, yeni transferlər edə bilərik. Hər halda, bu məsələni klub rəhbərliyi ilə müzakirə edəcəyik”. R.Kara transferə çıxarılan komandanın sabiq kapitanı Elmar Baxşıyevin qalmasını istisna etməyib: “Elmar mənə qədər rəhbərlik tərəfindən transferə çıxarılıb. Rəhbərliklə bu məsələ ilə də bağlı söhbətim olacaq. Ola bilsin ki, Elmarı saxladıq”. Türkiyəli mütəxəssis az öncə istefa verdiyi “Qarabağ”ın onun “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi sifariş olunmasına problem yaradacağından narahat deyil: “Artıq mən “Xəzər-Lənkəran”ın çalışdırıcıyam, keçmiş komandan haqda danışmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, mən və köməkçilərim “Qarabağ”dan aldığımız pulu qəpiyinə kimi geri qaytarmışıq. Məndə bununla bağlı rəsmi sənəd də var. Yəni, “Qarabağ”a təzminat ödəməməliyəm. “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi sifariş olunmağım isə artıq klub rəhbərliyinə aid məsələdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR