Türkiyədə “XI TÜRKSOY Rəssamlar Görüşü” keçiriləcək

Türkiyədə “XI TÜRKSOY Rəssamlar Görüşü” keçiriləcək
# 07 avqust 2008 10:42 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Avqustun 8-22-də Türkiyənin Ədirnə şəhərində TÜRKSOY-un dəstəyi ilə türkdilli ölkələrdən olan rəssamların “XI TÜRKSOY Rəssamlar Görüşü” keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Görüşdə Azərbaycanı Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam Namiq Məmmədov təmsil edəcək. Avqustun 1-30-da TÜRKSOY –un təşkilatçılığı ilə İstanbul Maltepe Universitetində keçirilən “Türk dünyası heykəl simpoziumu”nda isə ölkəmizi gənc heykəltəraş Məmməd Rəşidov təmsil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR