Kondoliza Rays Rusiya ilə Gürcüstan arasında imzalanacaq sülh sazişini bu gün Tiflisə gətirəcək

Kondoliza Rays Rusiya ilə Gürcüstan arasında imzalanacaq sülh sazişini bu gün Tiflisə gətirəcək
# 15 avqust 2008 07:27 (UTC +04:00)
Paris-APA. Fransa prezidenti Nikola Sarkozi və ABŞ dövlət katibi Kondoliza Rays birgə bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, bəyanatda Gürcüstan və Rusiyadan hərbi əməliyyatları dayandırmaq, təcili sülh sazişi imzalamaq tələb olunur: “Artıq bu münaqişəyə son qoymaq vaxtı çatıb. Ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşdığımız Gürcüstan normal həyata qayıtmaq hüququna malikdir”. Kondoliza Rays və Nikola Sarkozi iki tərəf arasında rəsmi qaydada atəşkəs rejimi haqqında rəsmi saziş imzalanmasının vacibliyini vurğulayıblar. Jurnalistlərə açıqlama verən Nikola Sarkozi qeyd edib ki, sülh sazişinin imzalanması üçün bütün müvafiq sənədləri Tiflisə şəxsən ABŞ-ın dövlət katibi Kondoliza Rays aparacaq. O, ABŞ dövlət katibinin eyni məqsədlə Moskvaya səfər edib-etməyəcəyinə aydınlıq gətirməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR