Azərbaycan boksçusu Şahin İmranov Pekin Yay Olimpiya Oyunlarının 1/4 finalına yüksəlib

Azərbaycan boksçusu Şahin İmranov Pekin Yay Olimpiya Oyunlarının 1/4 finalına yüksəlib
# 15 avqust 2008 16:37 (UTC +04:00)
İlk iki raundda bərabərlik (4:4) qeydə alınsa da, boksçumuz sonrakı hissələrdə inamlı təsir bağışlayıb və rəqibinə 18:9 hesabı ilə qalib gəlib. Ş.İmranov avqustun 18-də 1/4 finalda kubalı İdel Torrienteni sınağa çəkəcək.
Qeyd edək ki, Ş.İmranov 1/16 finalda Qazaxıstan idmançısı, əslən azərbaycanlı Qalib Cəfərovu üstələmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR