Azərbaycanla ABŞ arasında imzalanan əməkdaşlıq planına uyğun olaraq bu gün Bakıda Strateji Tibbi Planlaşdırma üzrə seminar başlayacaq

Azərbaycanla ABŞ arasında imzalanan  əməkdaşlıq planına uyğun olaraq bu gün Bakıda Strateji Tibbi Planlaşdırma üzrə seminar başlayacaq
# 01 sentyabr 2008 07:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq bu gündən başlayaraq Bakıda Strateji Tibbi Planlaşdırma üzrə seminar keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bu gün həmçinin Azərbaycanla Qazaxıstan arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakıda Qazaxıstan hərbi qulluqçularının Azərbaycan Respublikasının hərbi tədris müəssisələrində təhsil alması imkanları məsələlərinin müzakirəsi başlayacaq. Qazaxıstan HDQ gəmilərinin təmiri ilə bağlı işçi görüşü isə sentyabrın 8-dən 10-a kimi davam edəcək. Sentyabrın 9-da isə Bakıda ABŞ-NATO daxilindəki hərbi təşkilatın strukturu, işlər və standartlaşdırma mövzusunda seminar başlayacaq. Moyak şəhərində Dəniz Anti-Terror Operatoru üzrə ixtisas artırma kursu sentyabrın 4-də start götürəcək.
Məlumata görə, Azərbaycanla Türkiyə arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Altinova və Yalova şəhərlərində «Kiçik çaplı və Hava Hücumundan Müdafiə Silahları» kursu da bu gün başlayacaq. Bu gün həmçinin Balıkəsir şəhərində Mina gəmilərində növbə zabitinin təlim kursu, Egirdir və İsparta şəhərlərində Komando təməl kursu, Ankara şəhərində «Oftalmologiya üzrə ixtisas təlimi» keçiriləcək. İstanbul şəhərində «HHM zabitləri üçün təməl kursu»; «Zabitlər üçün hava nəqliyyatı üzrə kurs» sentyabrın 4-dən başlanacaq. Foça və İzmir şəhərində Desant gəmilərində növbə zabitinin təlim kursu, Dəniz piyadası taborunun zabitlərinin amfibiya təməl kursu sentyabrın 8-dən oktyabrın 17-dək davam edəcək. İzmir şəhərində «Orta səviyyəli ingilis dili kursu», «Başlanğıc ingilis dili kursu» sentyabrın 8-dən start götürəcək. Azərbaycanla Pakistan arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Himalaya şəhərində Gəmi Dalğıcı kursu da bu gün başlayacaq. Azərbaycanla Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ahlen şəhərində 22-ci Tibb Alayının ziyarəti və təlim-tədris prosesinin müşahidəsi kursu da keçiriləcək. Tədbir sentyabrın 8-dən 14-nə kimi davam edəcək. Bildirilib ki, sentyabrın 8-dən gələn il iyulun 31-dək Azərbaycanla Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Dartmoth şəhərində İngilis Dili kursu, Kral HDQ gənc zabit kursu baş tutacaq. Bundan başqa, Azərbaycanla Rusiya arasında təhsil üzrə proqrama əsasən Tver, Tula, Penza, Smolensk şəhərlərində hərbi ixtisaslar üzrə hərbi təhsil kursu sentyabrın 10-da keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR