Nazir müavini: “Azərbaycan xalçaları dünyanın bəzi muzeylərində “İran xalçası”, “Qafqaz xalçası” və digər adlarla təqdim olunur”

Nazir müavini: “Azərbaycan xalçaları dünyanın bəzi muzeylərində “İran xalçası”, “Qafqaz xalçası” və digər adlarla təqdim olunur”
# 02 sentyabr 2008 08:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Azərbaycan xalça sənəti və müasir dövrün tələbləri: mühafizə məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan xalça sənətinin tunc dövründən başlayaraq inkişaf etdiyini və bu günümüzə qədər gəlib çatdığını deyib: “Bizim xalçalar Nyu-Yorkun “Metropoliten”, Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”, İstanbulun “Topqapı”, Romanın, Berlinin, Tehranın, Qahirənin, Moskvanın və Vyananın məşhur muzeylərində nümayiş etdirilib. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox halda bəzi muzeylərdə bu sənət nümunələri mənsub olduğu xalqın adı ilə deyil, “İran xalçası”, “Qafqaz xalçası” və digər adlarla təqdim olunur. Ancaq bununla bağlı müvafiq qurumlar tərəfindən işlər aparılır”.

Dəyirmi masada çıxış edən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva bu gün Azərbaycanda xalça sənətinin inkişafı üçün bir sıra işlərin aparıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR