Ötən həftə dünya bazarında neft 8% ucuzlaşıb

Ötən həftə dünya bazarında neft 8% ucuzlaşıb
# 08 sentyabr 2008 08:41 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,66 dollar düşərək 1 barelə görə 106,23 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, bu, son 5 ay ərzində ən aşağı göstəricidir. ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,21 dollar – 104,09 dollaradək ucuzlaşıb.
Qeyd edək ki, ötən həftə dünya bazarında neftin qiyməti 8%, iyul ayından isə 40 dollar düşüb.
Hərraca sentyabrın 9-da Vyanada keçiriləcək Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) sammiti ərəfəsində bazarda formalaşmış qeyri-müəyyən vəziyyət təsir göstərib. Xammalın yüksək qiymətinin qorunması məqsədilə İran, Venesuela və Nigeriya sammitdə hasilat kvotalarının aşağı salınması barədə təkliflə çıxış edəcəkləri gözlənilir. Bundan əlavə, bazara ABŞ iqtisadiyyatının zəifləməsi ilə bağlı «qara qızıl»a olan tələbatın azalacağı haqqında proqnozlar təsir edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR