BFB-da 10505120S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10505120S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 12 sentyabr 2008 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10505120S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 5 mln. manat təşkil edib. Sifariş 90,48% (gəlirlik 11,50%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 90,48% (gəlirlik 11,50%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin avqustun 11-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR