İsraildə Rəşid Behbudovun xatirə gecəsi keçirilib

İsraildə Rəşid Behbudovun xatirə gecəsi keçirilib
# 13 sentyabr 2008 07:52 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 11-də İsrailin Nataniya şəhərində məşhur Azərbaycan sənətçisi, mərhum Rəşid Behbudovun xatirə gecəsi keçirilib. Bu barədə APA-ya İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib. Assosiasiyanın Nataniya şöbəsinin rəhbəri, vaxtilə Rəşid Behbudovla birlikdə çalışmış Alen Katrix tərəfindən təşkil olunan gecədə çıxış edən İsrail parlamentinin üzvü Robert İlatov iştirakçıları salamlayaraq ənənələrin qorunması və müxtəlif mədəniyyətlərin bir araya gəlməsi baxımından bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Uzun illər Bakıda məşhur sənətçi ilə qonşu olmuş Mixail Aqarunov isə R. Behbudov haqqında xatirələrini bölüşüb.

Gecədə təkcə Azərbaycandan yox, digər postsovet ölkələrindən köçmüş yəhudilər də iştirak edib. Onlar R. Behbudovun repertuarındakı mahnıları dinləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR