Bakı şəhərində baş verən yol qəzasında 79 yaşlı kişi həlak olub

Bakı şəhərində baş verən yol qəzasında 79 yaşlı kişi həlak olub
# 27 oktyabr 2008 08:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda ölümlə nəticələnən ağır yol-qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin X. Şuşinski küçəsində baş verib. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rauf Arif oğlu Əmirəhmədovun idarə etdiyi “Mercedes” markalı, 10 SD 478 dövlət nömrə nişanlı maşın əks istiqamətdə hərəkət edən, 1967-ci il təvəllüdlü Paşa Mirzə oğlu Nəbiyevin idarə etdiyi “Opel” markalı, 90 BM 611 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza zamanı avtomobillərdən biri yaxınlıqdan keçən 79 yaşlı Paşa Aslan oğlu İsgəndərova çırpılıb. P. İsgəndərov hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR