Moskvada Azərbaycan vətəndaşını diri-diri yandırıblar

Moskvada Azərbaycan vətəndaşını diri-diri yandırıblar
# 31 oktyabr 2008 08:35 (UTC +04:00)
Moskva – APA. Rusiyanın paytaxtı Moskva şəhərində Tofiq Hüseynov adlı Azərbaycan vətəndaşı skinhedlər tərəfindən vəhşicəsinə öldürülüb. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, gecə yarısı bir qrup skinhed “Xlebnikovo” bazarındakı köşkdə gözətçi işləyən T. Hüseynova hücum edib. Onlar Azərbaycan vətəndaşını döydükdən sonra köşkə od vuraraq qaçıblar. Nəticədə T. Hüseynov diri-diri yanıb. Təsdiqlənməmiş xəbərlərə əsasən milis canilərdən birini yaxalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR