Yaxın üç ildə Azərbaycan paytaxtında 30 piyada keçidi və 14 yol qovşağı tikiləcək

Yaxın üç ildə Azərbaycan paytaxtında 30 piyada keçidi və 14 yol qovşağı tikiləcək
# 03 noyabr 2008 10:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərində 2011-ci ilə qədər 30 piyada keçidi və 14 yol qovşağının tikintisi planlaşdırılır. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bundan başqa, paytaxtda 7 çoxmərtəbəli avtomobil dayanacağının və 96 km uzunluğunda avtomobil yollarının çəkilişi nəzərdə tutulur.
Yeni piyada keçidləri və yol qovşaqlarının tikintisi «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2011-ci illər üçün əlavə Tədbirlər Planı»nda da əksini tapıb. Artıq Nəqliyyat Nazirliyi bununla bağlı hazırladığı təklifləri hökumətə təqdim edib.
Qeyd edək ki, indiyədək Bakı şəhərində 5 yeraltı, 2 yerüstü piyada keçidi, 7 körpü və 1 tunel tikilərək istifadəyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR