Bakıda baş verən yol qəzasında 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb

Bakıda baş verən yol qəzasında 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb
# 10 noyabr 2008 07:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində ağır yol qəzası baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb. Hadisə 4-cü mikrorayon ərazisində, Hüseyn Seyidzadə küçəsində baş verib. Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tofiq Şirinovun idarə etdiyi “Vaz-2106” markalı, 10 EZ 272 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən “Lexsus” markalı, 10 RF 045 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində “Vaz-2106”ın sürücüsü Tofiq Şirinov və sərnişin, Naxçıvan sakini, 1970-ci il təvəllüdlü Süleyman Bağırov hadisə yerindəcə keçinib. Digər sərnişinlər, Naxçıvan sakinləri Zülfiyyə Bağırova, Xəlil Bağırov, Mənsurə Bağırova və 1 yaşlı Baxşəli Bağırov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR