Nuşirəvan Məhərrəmli: “Dövlət mərkəzləşmiş dublyaj studiyası yaratmaq istəyirdi, telekanallar razılaşmadı”
“Lider” telekanalının baş prodüseri Murad Dadaşov APA-ya açıqlamasında təmsil etdiyi kanalın bu prosesə çoxdan hazır olduğunu deyib. Milli yayımda olan bütün məhsulların azərbaycanca olmasının tərəfdarı olduğunu bildirən M. Dadaşov qeyd edib ki, dublyajla əlaqədar qəti qərar verilməsə, inkişaf da olmayacaq. O, MTRŞ-nin belə bir qərar verməkdə gecikdiyini də vurğulayıb: “Bu qərar gecikib. 2008-ci ilin əvvəlindən telekanallar xarici dildə filmlər yayımlamır və ya müəyyən tələblər nəzərə alınmaqla yayımlayır. Məsələn, tələblərdən biri budur ki, film yayımlanan zaman ekranın aşağısında Azərbaycan dilində titrlər getməlidir. Digər tərəfdən elə məhsullar var ki, onların dublyajı həqiqətən də çətin olur. Məsələn, tanınmış rus rejissorlarının məşhur komediyalarını dublyaj etmək olduqca çətindir. Bununla belə, hesab edirəm ki, filmlər Azərbaycan dilində verilməlidir”.
M. Dadaşov Azərbaycan telekanallarında türk dilində filmlərin yayımının da əleyhinədir: “Bu qədər türk filmi yayımlamaq olmaz. Bu problemi biz indi görmürük, amma sonradan yaşayacağıq. Bu problem bizim milli dilimizin formalaşması ilə bağlıdır. Müasir Azərbaycan dili artıq formalaşıb. Ona populyar, asan və eyni zamanda fərqli dilə malik türk filmləri ilə təsir göstərmək çox ciddi problem yaradacaq”. M. Dadaşovun sözlərinə görə, “Lider” kanalının gələn il üçün dublyajla bağlı planları tam hazırdır: ““Lider” kanalının özünün dublyaj redaksiyasının olması ilə yanaşı, biz dublyajla məşğul olan yerli özəl qurumlara da müraciət etmişik. Onlara artıq sifarişlərimizi vermişik. Həmin şirkətlər filmləri dublyaj edib bizə qaytaracaqlar”.
ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov APA-ya bildirib ki, MTRŞ-nın qərarı rəsmən elan olunan gündən ANS bu qərara tabe olacaq: “ANS artıq çoxdan bu prosesə hazırdır. Bizim kanalda müxtəlif dillərdən tərcümə olunmuş filmlər yayımlanır”.
“İctimai” Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov da APA-ya bildirib ki, İTV fəaliyyətə başladığı gündən Azərbaycan dilinin təmizliyinə və səlisliyinə böyük önəm verir. Hətta rus dilində filmlərinin yayımına icazə verildiyi zaman da İTV həmin filmlərin Azərbaycan dilində yayımına üstünlük verib: “İTV-nin ilk yaratdığı departamentlərdən biri Kino Dublyaj Departamentidir. Bu departament ən son texniki avadanlıqlarla təchiz edilib və efirdə sənədli, bədii, cizgi filmlərinin yayımını təmin edir”. T. Məmmədovun sözlərinə görə, böyük vəsait tələb etsə də İTV MTRŞ-nın dublyajla bağlı qərarına əməl edəcək.
“Xəzər” televiziyasının dublyaj studiyasından APA-ya bildirib ki, bir ildən artıq fəaliyyət göstərməsinə baxmayaraq, sözügedən telekanal artıq gecə-gündüz fəaliyyət göstərən iki dublyaj studiyasına malikdir. Həmin studiyalarda xarici ölkələrdə lisenziya almış filmlər dublyaj edilir. Dublyaj olunmuş filmlərin sayı MTRŞ-nin qərarını əməl etməyə imkan verəcək.
“Space” televiziyasının dublyaj studiyasının rəhbəri Vaqif Əlixanlı isə APA-ya bildirib ki, televiziyaların filmləri dublyaj etməklə bağlı həm maddi, həm də texniki çətinlikləri var. Bu çətinlikləri sadalamağa lüzum görməyən V. Əlixanlı MTRŞ-nin dekabrın 25-də verəcəyi qərarı gözləməyi məsləhət görüb.
Məsələyə ATV-nin məsul şəxslərinin mövqeyini öyrənmək mümkün olmayıb.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə APA-ya bildirib ki, filmlərin dublyajında problemlərin meydana çıxmaması məqsədilə dövlət mərkəzləşmiş dublyaj studiyası yaratmaq istəyib: “Təəssüf ki, kanallar bunu istəmədi. Hər kanal özü dublyaj studiyası yaratdığını bildirdi, ona görə də vahid, mərkəzləşmiş dublyaj studiyası yaratmaq ideyası reallaşmadı”.
N. Məhərrəmlinin sözlərinə görə, həm Mədəniyyət və Turizm Nazirliyində, həm də Prezident Aparatında mərkəzləşmiş dublyaj studiyası yaratmaq barədə müsbət fikirlər olub: “Amma telekanalların rəhbərləri ilə görüşdə onlar bildirdilər ki, hər kanalın özünün dublyaj redaksiyası var”. MTRŞ-nin qərarı qüvvəyə minəndən sonra yenidən telekanalların dublyajla əlaqədar narazılıqlarının yaranacağına gəlincə, Şura sədri bildirib ki, belə etirazların heç bir əsası olmayacaq: “Bu barədə danışmaq belə gülüncdür. Azərbaycan ərazisində dövlət dili Azərbaycan dilidir. İndiyə qədər bu məsələdən insanlar doğru nəticə çıxarmayıblarsa, heç olmasa, indi bu nəticəni çıxarmalıdırlar. Bu məsələ ilə əlaqədar artıq heç bir güzəşt olmayacaq”.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib