Azərbaycan Dövlət Neft Fondunda ABŞ-ın Texas ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Fondunda ABŞ-ın Texas ştatının nümayəndə heyəti ilə görüş keçirilib
# 13 dekabr 2012 15:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ABŞ-ın Texas ştatının maliyyə məsələləri üzrə məsul şəxsi xanım Syuzan Kombsun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Sərvət Fondları, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR