Azərbaycan Beynəlxalq Bankında qızıl əmanətlərinin həcmi 3,5 dəfə artıb

Azərbaycan Beynəlxalq Bankında qızıl əmanətlərinin həcmi 3,5 dəfə artıb
# 17 dekabr 2012 09:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) «Qızıl depozit» məhsulu üzrə cəlb etdiyi əmanətlərin həcmi 3,5 dəfə artaraq 1,5 mln. manata çatıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, ABB «Qızıl depozit» xidmətini 2011-ci ilin noyabr ayında təklif etməyə başlayıb və hazırda ölkədə qızılın fiziki alışı olmadan qızılda nominal olunan depozit xidmətləri təklif edən yeganə bank təşkilatıdır.

«Qızıl depozit» adlı yeni xidmət ABB-nin etibarlılıq və sabit gəlirə üstünlük verən müştərilərinə virtual şəkildə (qızılı fiziki şəkildə almadan) qızılda əmanət yerləşdirməyə imkan verir. «Qızıl depozit»in rəsmiləşdirilməsi üçün Banka şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək kifayətdir. Hesabın açılmasına görə komisyon haqqı tutulmur.


Bu əmanətin minimal həcmi 1 troya unsiyası (31,1035 qram) dəyərində olmalıdır. Əmanətin müddəti 3 aydan 12 aya qədər ola bilər, faizlərin ödənişi isə müddətin sonunda aparılır. Bundan əlavə, depozit həm də tələb olunanadək şəklində açıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR