Azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib
# 08 dekabr 2012 11:16 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Qərbi Azərbaycana Qayıdış Birliyi azərbaycanlıların Ermənistandan zorakılıqla deportasiya olunmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə azərbaycanlıların Ermənistandan deportasiyasının tarixi, qayıdış perspektivləri, Göyçə-Zəngəzur Muxtar Respublikasının qurulması və Qərbi Azərbaycan probleminin Qarabağ münaqişəsinə təsir imkanları müzakirə mövzusu olub.

Tədbirdə çıxış edən təşkilatın sədri Rizvan Talıbov, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Rövşən Əhmədli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Beynəlxalq Diaspora Mərkəzinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli və digərləri Qərbi Azərbaycandan qovulan soydaşlarımızın problemlərinin beynəlxalq müstəviyə çıxarılması imkanları, indiyə qədər görülən işlər haqda çıxış ediblər.

Konfransda çıxış edənlər onu da qeyd edib ki, məsələnin hüquqi müstəvidə mübarizəsinin təşkili daha ciddi irəliləyişlərə nail olunmasına gətirib çıxara bilər. Toplantının sonunda BMT, ATƏT, AŞ PA və digər beynəlxalq təşkilatlara müraciət də qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR