Azərbaycanla İran arasında sadələşdirilmiş sərhədkeçmə ləğv olunub

Azərbaycanla İran arasında sadələşdirilmiş sərhədkeçmə ləğv olunub
# 21 dekabr 2012 14:50 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında qanunu təsdiqləyib.

APA-nın məlumatına görə, qeyd olunan qanun ləğv edilib. Bundan başqa Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında qanun da ləğv edilib.

Qeyd edək ki, Milli Məclis dekabrın 11-də sərhəd rayonlarında yaşayan Azərbaycan və İran vətəndaşlarının sərhədi sadələşdirilmiş qaydada keçməsi barədə sazişi ləğv edən qanun layihəsini qəbul edib. Qanuna əsasən, Naxçıvan ərazisində sərhədin keçilməsi ilə bağlı sadələşdirilmiş rejimə dair və sərhədin 45 km.-də yaşayan hər iki ölkə vətəndaşlarını əhatə edən 2005 və 2006-cı illər hökumətlərarası memorandumları ləğv edilib. Bu qərar Azərbaycanın sərhəd rayonlarında yaşayan İran vətəndaşları üçün qadağa tətbiq etməsi deməkdir. İndiyədək iki ölkə sərhədi boyunca 45 kilometrlik ərazidə yaşayanlar Azərbaycan ərazisinə vizasız daxil ola bilirdisə, qeyd olunan memorandumların ləğvindən sonra həmin kateqoriyaya aid İran vətəndaşları da ölkəmizə gəlmək üçün viza almalı olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR