Anası ilə dalaşdığı üçün evdən qaçan məktəbli qız iki gün sonra tapılıb

Anası ilə dalaşdığı üçün evdən qaçan məktəbli qız iki gün sonra tapılıb
# 13 noyabr 2012 07:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda məktəbli qız itkin düşüb. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, rayon sakini, 13 yaşlı Gülər Əliyevanın itkin düşməsi barədə valideynləri polisə məlumat veriblər. Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində G. Əliyeva tapılıb. Məlum olub ki, o, anası ilə dava edərək evdən gedib və iki gün paytaxtın küçələrində gecələyib.

Polisdən həmçinin bildirilib ki, G. Əliyeva 267 saylı orta məktəbin 8-ci sinfində oxuyur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR