Moody`s reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə proqnozunu açıqlayıb

Moody`s reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə proqnozunu açıqlayıb
# 29 aprel 2014 08:56 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. “Moody's Investors Service” Azərbaycanın bank sektoru üzrə proqnozunu “stabil” səviyyəsində saxlayıb. Bu bərədə “Moody`s” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Agentlik Azərbaycanın bank sektoru üzrə 2010-cu ildən bu səviyyədə saxlayıb.

Hesabatda bildirilir ki, qarşıdan gələn 12-18 ay ərzində ölkənin bank sektorunda münbit əməliyyat mühiti, aktivlərin keyfiyyəti stabil, kapitallaşma isə kifayət normal səviyyədə olacaq.

Bununla yanaşı, agentliyin proqnozlarına görə, bankların kreditləşmə və gəlirliliklə bağlı heç bir problemi olmayacaq.

Buna baxmayaraq, “Moody`s”in mütəxəssisləri hesab edir ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası lazımi səviyyədə deyil: “Azərbaycan iqtisadiyyatının neft hasilatından asılılığı davam edir. Lakin neft qiymətlərinin stabil olması 12-18 ay ərzində Azərbaycan hakimiyyətinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı səylərini dəstəkləyəcək”.

Hesabatda qeyd olunur ki, bankların uzunmüddətli maliyyə resurslarına çıxışının hələ də məhdud olması müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR