Azərbaycan nümayəndə heyəti Rusiyanın Novosibirsk vilayətinə səfər edib

Azərbaycan nümayəndə heyəti Rusiyanın Novosibirsk vilayətinə səfər edib
# 11 aprel 2014 14:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Moskvadakı səfirinin müavini Qüdsi Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Novosibirsk vilayətinə səfər edib.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər zamanı nümayəndə heyətinin üzvləri Novosibirsk vilayəti qubernatorunun səlahiyyətlərini icra edən Vladimir Qorodetski ilə görüşüblər.

Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Q.Osmanov qeyd edib ki, Rusiyanın Novosibirsk vilayəti ilə Azərbaycanın əməkdaşlıq üçün böyük potensial mövcuddur. Öz növbəsində V.Qorodetski ölkəmizə rəsmi səfər etmək niyyətində olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin Novosibirsk vilayətinin qanunvericilik orqanının sədri İvan Moroz və deputatlarla görüşüblər, “Tursib-2014” beynəlxalq sərgidə olublar.

Səfər çərçivəsində Q.Osmanov Azərbaycan diaspor nümayəndələri ilə də görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR