Azərbaycanda 10 yaşlı uşaq çayda batıb

Azərbaycanda 10 yaşlı uşaq çayda batıb
# 16 iyun 2014 08:11 (UTC +04:00)

Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Raul Aqil oğlu Əmiraslanov Katex çayında çimərkən boğularaq ölüb. Uşağın meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Polisdən həmçinin bildirilib ki, çayda boğulan uşağın atası Daxili Qoşunların zabitidir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR