Tiqran Sarkisyan: “Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi yoxdur və olmayacaq”

Tiqran Sarkisyan: “Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi yoxdur və olmayacaq”
# 27 dekabr 2013 15:49 (UTC +04:00)

Bakı – APA. “Dağlıq Qarabağ məsələsi Ermənistanın Gömrük İttifaqına qoşulmasına əngəl törədə bilməz”. APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Tiqran Sarkisyan deyib. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iradına toxunan T. Sarkisyan bildirib ki, Dağlıq Qarabağ mövzusu Ermənistanın Gömrük İttifaqına qoşulması kontekstində müzakirə olunub, Qazaxıstan prezidenti bu məsələni qaldırıb və Ermənistan prezidenti buna dəqiq cavab verib: “Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi yoxdur və olmayacaq”.

Ermənistanın Gömrük İttifaqına qoşulmasına dair “yox xəritəsi”nin imzalandığını xatırladan T. Sarkisyan qeyd edib ki, siyasi problemləri bu prosesə qarışdırmaq olmaz və ittifaqa üzvlük iqtisadi prosesdir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR