Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri azalıb

Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri azalıb
# 15 oktyabr 2015 10:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda bitkiçilik məhsullarının istehsalçı qiymətləri 4,4% azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,4% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2% azalıb.

Birillik bitkilərdən buğda, payızlıq arpa dəni, lobya, baş kələm, qarpız və yemiş, bibər, pomidor, xiyarın istehsalçı qiymətləri azalıb, kartof, badımcan, baş sarımsaq, quru ot, baş soğanın istehsalçı qiymətləri artıb, digərlərinin isə qiymətləri sabit qalıb.

Ay ərzində çoxillik bitkilərdən üzüm, alma, zoğal, fındıq, nanə yarpaqlarının istehsalçı qiymətləri azalıb. Digər çoxillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiyməti azalıb, süd, yumurta, quş və qoyun ətinin istehsalçı qiymətləri isə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR