“Dəmirbank”da aktivlərin həcmi 8% artıb

“Dəmirbank”da aktivlərin həcmi 8% artıb
# 21 aprel 2014 09:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Dəmirbank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 403,097 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,9% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11,6% artaraq 314,138 mln. manata olub. O cümlədən, istehlak kreditlərinin həcmi 169,895 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 56,8% çoxdur. Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 49,684 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 33,7% çoxdur və kreditlərin 34,8 mln. (70%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 21% azalaraq 12,789 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin yanvar-mart ayları ərzində 13,2% artaraq 190,388 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 181,597 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,9% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 8,6% artaraq 61,392 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 21 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 82,5% artaraq 25,555 mln. manat, xərcləri isə 81% artaraq 24,018 mln. manat təşkil edib.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 171,16 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 32 filialı, 57 bankomatı, 1 186 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR