Azərbaycan əhalisi ötən il əmanətlərdən 521 mln. manatdan çox gəlir əldə edib

Azərbaycan əhalisi ötən il əmanətlərdən 521 mln. manatdan çox gəlir əldə edib
# 03 mart 2016 16:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycan əhalisi əmanətlərdən 521 milyon manatdan çox gəlir əldə edib.

APA-Economics”in xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

“Əhali bank sektoru ilə münasibətdə xalis kreditordur. Hesabat dövründə əhalinin əmanətləri bankların başlıca resurs mənbəyi olub. Əhalinin əmanətlərinin həcmi kreditlərini əhəmiyyətli üstələyir. Hazırda ölkədə hər 1000 nəfərə 762 əmanətçi düşür. Adambaşına əmanətin məbləği 1000 manata çatıb”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR