Martda Azərbaycan təbii qaz və elektrik enerjisi ixracını artırıb

Martda Azərbaycan təbii qaz və elektrik enerjisi ixracını artırıb
# 18 aprel 2016 15:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi bu ilin yanvar-mart ayları üçün təbii qaz, qaz kondensatı və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin üç ayında sayğac göstəriciləri əsasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 626 129,40 kubmetr qaz kondensatı ixrac edilib. Bu, 2015-ci ilin üç ayı ilə müqayisədə 15,31% çoxdur.

Belə ki, ötən üç ay ərzində Azərbaycandan xarici ölkələrə 2 458 878,68 kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 1,32% çoxdur.

Bu ilin yanvar-mart aylarında 90 783,42 min kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da 2015-ci ilin iki eyni aylarının göstəriciləri ilə müqayisədə 1,22% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR