Azərbaycanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara vərəsəlik hüququnun müddəti iki dəfə azaldılır

Azərbaycanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara vərəsəlik hüququnun müddəti iki dəfə azaldılır
# 10 dekabr 2015 08:43 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Mülki Məcəllənin 250.3-cü maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün 99 ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə 49 ildən çox ola bilməz.

Maddənin hazırda qüvvədə olan variantı isə belədir: "Tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin 99 ildən çox ola bilməz".

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR