Keniyada polislə nümayişçilər arasında toqquşmalar olub, ölənlər var

Keniyada polislə nümayişçilər arasında toqquşmalar olub, ölənlər var
# 23 may 2016 18:35 (UTC +04:00)

Bakı-APA. Keniyada polislə müxalifətçi nümayişçilər arasında baş verən toqquşmalar nəticəsində 3 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iki nəfər Siayə, daha bir nəfər isə Kisumu şəhərində ölüb.

Bundan əvvəl paytaxt Nayrobi və Mombasa şəhərində baş verən toqquşmalarda polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su sırnaqlarından istifadə edib. Etirazçılar ölkənin Müstəqil seçki komissiyasını buraxılmasını tələb ediblər. Qeyd edək ki, Keniyada prezident seçkiləri 2017-ci ildə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR