Şəhid zabitin təltif edildiyi medal Naftalanda ailəsinə təqdim olunub

Şəhid zabitin təltif edildiyi medal Naftalanda ailəsinə təqdim olunub
# 17 may 2016 14:10 (UTC +04:00)

Naftalan. Azər Məmmədli - APA. Azərbaycan Ordusunun ötən ay cəbhədə baş verən döyüşlərdə şəhid olan kapitanı Bayramov Vaqif Dilqəm oğlunun təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün Naftalanda ailəsinə təqdim olunub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, medal şəhidin azyaşlı oğlu Ümid Bayramlının yaxasına taxılıb. Təqdimetmə mərasimində Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev, nazirliyin yüksək rütbəli zabitləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıblar. Onun qardaşının da Qarabağ müharibəsində şəhid olduğu xatırlanıb.

Qeyd edək ki, Vaqif Bayramov Talış kəndi yaxınlığındakı yüksəklik uğrunda gedən döyüşlərdə həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR