MDB Parlamentlərarası missiyasının rəhbəri: "Qərbin Azərbaycana qarşı mövqeyi qərəzlidir"

MDB Parlamentlərarası missiyasının rəhbəri: "Qərbin Azərbaycana qarşı mövqeyi qərəzlidir"
# 27 oktyabr 2015 11:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Qərbin, xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycana qarşı mövqeyi qərəzlidir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanda parlament seçkilərini müşahidə edəcək MDB Parlamentlərarası missiyasının rəhbəri, Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan inkişafda olan bir dövlətdir və bu dövlətin inkişafına təkan vermək əvəzinə ona maneə olmağa çalışırlar. Azərbaycanın obrazını Avropada təhrif edirlər. Çünki Avropanın Demokratik İnstitutlar və İnsan Haqları Bürosu ancaq neqativ axtarışındadır. Əslində bu mövqe ilə sturtur öz əksinə işləyir, sifariş yerinə yetirir" – deyə o, əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR