Prezident: “Gələcək fəaliyyət yeni iqtisadi model əsasında aparılacaq”

Prezident: “Gələcək fəaliyyət yeni iqtisadi model əsasında aparılacaq”
# 19 mart 2016 11:25 (UTC +04:00)

“Bu ilin ilk rübündə dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb”

Bakı - APA. “Dağlıq Qarabağ münaqişəsi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin biganəliyi ucbatından həll olunmayıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib. O bildirib ki, münaqişənin həllində Azərbaycan mövqeyi beynəlxalq hüquqa, ədalətə əsaslanır: “Təmas xəttində üstünlük Azərbaycanın tərəfindədir”.

Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə ölkədə siyasi və iqtisadi islahatlar daha da dərinləşib, iqtisadiyyatın neft amilindən asılılığının azaldılması istiqamətində işlər görülür: “Gələcək fəaliyyət yeni iqtisadi model üzərində aparılacaq. Bu ilin ilk rübündə dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb. Gəlirlərin azalmasına baxmayaraq, maaş və pensiyalar 10 faiz artıb, bu isə dünyada böhran dövründə nadir haldır”.

Prezidentin sözlərinə görə, indi Azərbaycan böyük enerji və nəqliyyat layihələri həyata keçirir: “Bu layihələrin icrasından ölkəmiz siyasi və iqtisadi mənfəət götürəcək ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR