Vladimir Putin: "Türkiyənin də daxil olduğu koalisiya təyyarələrimizin səmada olduqları yeri və vaxtı bilirdi"

Vladimir Putin: "Türkiyənin də daxil olduğu koalisiya təyyarələrimizin səmada olduqları yeri və vaxtı bilirdi"
# 27 noyabr 2015 00:24 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya Suriya ilə bağlı ABŞ-la məlumat mübadiləsi edir. Lakin bunun nəticələri bizi narahat edir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla görüşünün yekunlarına dair Kremldə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz məlumat mübadiləsi aparırıq. Lakin bizi bu mübadilənin xarakteri və birgə işimizin nəticələri narahat edir. Baxın, biz əvvəlcədən amerikalı tərəfdaşlarımızı məlumatlandırmışdıq ki, harada, nə vaxt, hansı eşelonlarda pilotlarımız əməliyyat keçirəcəklər", deyə Rusiya prezidenti vurğulayıb.

Vladimir Putin Türkiyənin də daxil olduğu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Rusiya təyyarələrinin havada olduqları yeri və vaxtı bildiyini qeyd edib: "Məhz o yerdə həmin vaxtda biz zərbə aldıq. Soruşarlar, niyə biz bu məlumatları vermişdik. Ya onlar öz müttəfiqlərinin nə etdiklərini yoxlamırlar, ya da ki, fəsadlarını anlamadan bu məlumatlar sağa-sola paylayırlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR