Çexiya prezidenti: "Türkiyə Avropa İttifaqına qəbul edilməməlidir"

Çexiya prezidenti: "Türkiyə Avropa İttifaqına qəbul edilməməlidir"
# 10 dekabr 2015 08:22 (UTC +04:00)

APA-nın “Milliyyet”ə istinadən verdiyi xəbərə görə, bunu Çexiya prezidenti Miloş Zeman ölkənin şimalında seçicilərlə görüşü zamanı deyib.

Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin vacibliyini vurğulayan M. Zeman Brüsselin Ankaraya 3 milyard avro yardım ayırmasını pisləyib.

“Eyni dindən olduqları üçün Türkiyənin suriyalı qaçqınları təmin etmək imkanı var”, - deyə Çexiya prezident qeyd edib.

Sonda M. Zeman dediklərinə görə Türkiyə səfirindən etiraz notası gözlədiyini də diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR