ATƏT-in Minsk Qrupunun həmsədrləri təşkilatın Daimi Şurasına illik hesabat təqdim ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri təşkilatın Daimi Şurasına illik hesabat təqdim ediblər
# 09 noyabr 2012 14:10 (UTC +04:00)
APA-nın xəbərinə görə, həmsədrlər il ərzində bölgəyə səfərləri və keçirdikləri ikitərəfli görüşlər, eləcə də bu ilin yanvarında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşü barədə məlumat veriblər. Onlar gərginliyin azaldılması və qarşısının alınması üçün A. Kasprşik və onun komandası tərəfindən bölgədə aparılan işi də qeyd ediblər.

Həmsədrlər ATƏT-ə bundan sonra sədrlik edəcək Ukrayna və İsveçrə nümayəndə heyətləri ilə də görüş keçiriblər.

Qeyd edək ki, ATƏT Nazirlər Şurasının Dublində keçiriləcək toplantısı ərəfəsində - bu ayın sonunda həmsədrlər növbəti dəfə bölgəyə səfər edəcəklər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR