“Azəriqaz”ın Səhiyyə Nazirliyinə qarşı şikayəti təmin olunmayıb

“Azəriqaz”ın Səhiyyə Nazirliyinə qarşı şikayəti təmin olunmayıb
# 01 dekabr 2012 08:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Azəriqaz” ASC-nin Səhiyyə Nazirliyinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, ASC istifadə olunmuş qazın dəyərinin ödənilməsi barədə iddia ilə əvvəlcə 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etmədiyi üçün apellyasiya şikayəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR