«Bank of Baku» ASC «Bolkart» sahibləri üçün yeni kampaniya keçirir

«Bank of Baku» ASC «Bolkart» sahibləri üçün yeni kampaniya keçirir
# 27 noyabr 2012 13:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Bolkart» istifadəçiləri üçün yeni nağd pul kampaniyasına start verir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, noyabr 28-dən dekabrın 10-dək «İdeal» mağazalar şəbəkəsində bir dəfəyə və ya toplam olaraq azı 150 manat məbləğində alış-veriş edən «Bolkart» sahibləri növbəti gündən etibarən dekabrın 15-dək kartlarındakı vəsaiti nağdlaşdıra bilər.

«İdeal» mağazalarında göstərilən məbləğdə alış-veriş edən «Bolkart» sahibləri yanvarın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmaya görə komissiya haqqı 2,5%-dir.

«Bolkart» tamamilə pulsuz və limiti bərpa olunan bir kredit kartıdır. «Bolkart»dan «Bank of Baku» ilə tərəfdaş olan 350-dən çox tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. Alınan malın dəyərini aylara bölüb bala-bala ödəməyə imkan verən «Bolkart»ı qısa müddət ərzində artıq 38 mindən çox şəxs əldə edib. «Bolkart»ı həm onlayn rejimdə (http://www.bolkart.az), həm də «Bank of Baku»nun istənilən filialında sifariş vermək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkələrinə daxil olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR