“Azərsu” əməkdaşları Türkiyədə təlim keçiblər

“Azərsu” əməkdaşları Türkiyədə təlim keçiblər
# 18 dekabr 2012 14:23 (UTC +04:00)

Bakı - APA-Economics. “Azərsu” ASC-də işçilərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq təlimlərə və peşə kurslarına cəlb olunur.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin aprel ayından etibarən müxtəlif fəaliyyət sahələri üzrə 20-dək təlim keçirilib, “Azərsu” ASC-nin idarə və müəssisələrinin 432 mütəxəssisi bu tədbirlərdə iştirak edib.

Təlimlər içməli su və çirkab su sistemlərinin tikintisi, təmizləyici qurğuların və şəbəkələrinin istismarı, polietilen boruların qaynağın texnologiyası, mühasibat uçotu və sayğaclaşma mövzularında keçirilib. Təlimlərdə yerli və xarici mütəxəssislər tərəfindən istehsalatla bağlı məsələlər ətraflı izah olunub, yeni texnologiyalar barədə ekspert rəyləri dinlənilib.

“Azərsu” ASC beynəlxalq təcrübənin və qabaqcıl texnologiyaların mənimsənilməsi məqsədilə gənc mütəxəssislərin xarici ölkələrdə təlimlərdə iştirakını təmin edir. Bu məqsədlə Səhmdar Cəmiyyətin 80 əməkdaşı (inşaatçılar, hidrotexniklər, mexaniklər, energetiklər, kimyaçılar və s.) Türkiyənin İstanbul Sukanal İdarəsində (İSKİ) olub, hər birində 20 nəfər olmaqla müxtəlif təlim kurslarında iştirak edib. İSKİ-də keçirilmiş təlimlərdə türkiyəli mütəxəssislər hidrologiya, ekologiya, energetika, kimya və digər sahələr üzrə su təsərrüfatının idarə edilməsi, təmizləyici qurğuların istismarı sahələrində yeni texnologiyaların tətbiqi ilə bağlı ətraflı məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR