Musa Pənahov: “Azərbaycanın nəqliyyat infrastrukturu Şərq-Qərb dəhlizi üçün böyük əhəmiyyət kəsb edir”

Musa Pənahov: “Azərbaycanın nəqliyyat infrastrukturu Şərq-Qərb dəhlizi üçün böyük əhəmiyyət kəsb edir”
# 06 dekabr 2012 15:26 (UTC +04:00)

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu fikirləri Türkiyədə keçirilən Beynəlxalq Xəzər Forumundakı çıxışında Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat infrastrukturu Şərq-Qərb dəhlizi üçün böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev tərəfindən «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın təsdiqləndiyini deyən M.Pənahov 2013-cü ilin sonunda Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşəcəyini söyləyib: “Bundan başqa, Qars-Naxçıvan dəmir yolu xətti həm Azərbaycan-Türkiyə münasibətlərində, həm də İpək Yolu çərçivəsində mühüm əhəmiyyətə malikdir və yaxın gələcəkdə bu layihənin də təməli atılacaq”.

Azərbaycan paytaxtının 60 km-də inşa olunan Ələt dəniz limanı barədə məlumat verən nazir müavini gələcəkdə bu limanın dünya ticarətində böyük rol oynayacağına əminliyini bildirib. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində 244 km dəmir yolunun işğal altında olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR