Misirdə törədilən terror aktı nəticəsində 9 nəfər ölüb

Misirdə törədilən terror aktı nəticəsində 9 nəfər ölüb
# 12 noyabr 2015 04:11 (UTC +04:00)

Bakı-APA. Misirin Sinay yarımadasında törədilən terror aktı nəticəsində 9 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident noyabrın 12-ə keçən gecə Şimali Sinay əyalətinin inzibatı mərkəzi Əl-Əriş şəhərində qeydə alınıb.

Bir qrup naməlum silahlı əvvəl yaşayış evini atəşə tutub, sonra isə evin qarşısında minalanmış avtomobili partladıb. Artıq məlumdur ki, ölənlərin əksəriyyəti bir ailənin üzvləridir. Onlardan ikisi 3 yaşınadək uşaqlardı.

İlkin ehtimallara görə, hücumun arxasında İŞİD-lə əlaqəli “Ənsər Beyt əl-Məkdis" qruplaşması durur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR