Cəlilabadda evdə, Bakıda isə yaşayış binasında yanğın olub

Cəlilabadda evdə, Bakıda isə yaşayış binasında yanğın olub
# 03 iyun 2016 16:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda çoxmənzilli yaşayış binasının qarşısında sahibi məlum olmayan, ümumi sahəsi 12 kv.m olan dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta üzlüyü və içərisinə yığılmış taxtalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cəlilabad rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin, dəhlizin yanar konstruksiyaları 80 kv.m sahədə, 1 otağın tavanı 5 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR