“Azərbaycanfilm” kinostudiyası əsaslı təmir zamanı fəaliyyətini dayandırmayacaq

“Azərbaycanfilm” kinostudiyası əsaslı təmir zamanı fəaliyyətini dayandırmayacaq
# 20 noyabr 2012 12:38 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası əsaslı təmir prosesi zamanı fəaliyyətini dayandırmayacaq. Kinostudiyanın direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, bu müddət ərzində kollektiv kinostudiyanın həyətindəki laboratoriyada fəaliyyət göstərəcək. Hazırda layihələşdirmə prosesi aparılan bu məkanın əsaslı təmirinə təxminən 7 aydan sonra start veriləcəyi bildirilir.

M. Hətəmovun sözlərinə görə, kinostudiyanın arxivindəki səsyazma lentləri rəqəmsal formata keçirilir: “Orada böyük bəstəkarlarımızın kino musiqiləri saxlanılırdı, onların rəqəmsal formata keçirilməsi prosesini tamamlayırıq. Böyük bir arxivi Dövlət Film Fonduna təhvil verəcəyik. Digər tərəfdən isə kinostudiyanın sexində çoxsaylı görmədiyimiz fotoların neqativləri var idi ki, hazırda həmin neqativlərin rəqəmsal formata keçirilməsi prosesini yekunlaşdırmışıq və yəqin ki yanvar ayı üçün o fotoların təqdimatı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR