Azərbaycan yaxın 4 ildə üç peyk buraxacaq

Azərbaycan yaxın 4 ildə üç peyk buraxacaq
# 03 dekabr 2012 13:46 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib: «Peyk çox keyfiyyətlidir və artıq orbitə buraxılması üçün hazırdır. Hər hansı bir qəza baş verərsə, sığorta şirkəti bunu tam ödəyəcək. Belə ki, Azərbaycan öz peykini 100% sığortalayıb».

Nazirin sözlərinə görə, peyki ABŞ-ın «Marsh» şirkəti sığortalayıb. Ə.Abbasov bildirib ki, Azərbaycanın ilk telekommunikasiya peyki 2013-cü il fevralın ilk ongünlüyündə, yer səthinin müşahidə peykinin 2014-cü ildə, ikinci telekommunikasiya peykinin isə 2016-cı ildə buraxılması planlaşdırılır.

Onun sözlərinə görə, peyklərin idarə olunması mərkəzi bu ilin sonunda istifadəyə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR