Mübariz Əhmədoğlu: “İran Meğridə SES tikintisinin Qarabağ tənzimlənməsində ən böyük xəyanətlərindən biri olmadığını sübut etməlidir”

Mübariz Əhmədoğlu: “İran Meğridə SES tikintisinin  Qarabağ tənzimlənməsində ən böyük xəyanətlərindən biri olmadığını sübut etməlidir”
# 12 noyabr 2012 09:41 (UTC +04:00)

Bakı-APA. “Meğridə Su Elektrik Stansiyası tikilməsini “tarixi var”. Bunları sonra açıqlayacağıq”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz əhmədoğluna məxsusdur.

O bildirib ki, bu addım diqqətimizi Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi dəyişikliyin gözlənildiyi bir dövrdə İranın bu addımının Dağlıq Qarabağ tənzimləməsinə təsir kontekstindən daha çox çəkir:

“Hər ilin sonunda ATƏT Xarici işlər nazirləri Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ciddi müzakirələr gedir və ciddi qərarların qəbul edilmə ehtimalı yüksəlir. Bu il də belədir. Fransa prezidenti Ermənistan prezidentini məhz Qarabağ tənzimləməsi barədə danışmaq üçün çağırıb. Hal-hazırda “erməni soyqırımı”nın kriminallaşdırılması məsələsi Fransa prezidentinin gündəliyində olan məsələ deyil. Seçildikdən sonra F. Olland Qarabağ məsələsi ilə bağlı iki dəfə münasibət bildirdiyi halda, “erməni soyqırımı”nın adını tutmayıb, Fransa ermənilərinin görüşmək təklifini rədd edir.

b) Azərbaycan Prezidentinin və Heydər Əliyev Fondunun prezidenti M. Əliyevanın Fransa ilə münasibətlərdə Qarabağ danışıqları üzrə apardıqları kurs özünü doğruldub. Fransanın mövqeyində Dağlıq Qarabağ məsələsi ilə bağlı baş vermiş dəyişiklik inam yaradır və reallaşa bilər;

c) Hətta İran da R. Səfərov işində Ermənistana dəstək verməsinə baxmayaraq ermənilərin “R. Səfərov işi” adlı kartı işləmədi. M. Əhmədinecadın tabeçiliyində olan televiziya erməni ekspertinin dili ilə İranın ali dini liderinin mənsub olduğu milləti dönə-dönə təhqir etdi. (bunu deməkdə məqsədimiz İranın ali dini lideri ilə İran prezidenti arasında narazılıq yaratmaq deyil. Onların arasında münasibət bəllidir və biz belə xırdaçılığa getmirik, amma orası da dəqiq bəllidir ki, İranın dini və siyasi elitasında belə xırdaçılıqlar mühüm rola malikdir). İlin sonuna doğru ermənilərin manevr imkanları məhdudlaşdır;

ç) Görüşdən yayınmaq, qaçmaq yalanla birlikdə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ tənzimlənməsində ən çox istifadə etdiyi taktikadır. Hətta bunu strategiyaya çeviriblər. Sentyabr ayından bu günə kimi ermənilərin Qarabağ tənzimlənməsindən üç dəfə qaçmaq cəhdini diqqətə çatdırmaq istəyirik:

- birincisi, R. Səfərov işindən sonra ATƏT üzvü ölkələrin səfirlərindən 19-u Azərbaycana və Ermənistana səfər etdi. Ermənistan prezidenti onları qəbul etdi və niyyətlərini başa düşən kimi söhbətlərini yarımçıq dayandırdı, yenidən görüşməyə vəd verdi. Az keçmiş, S. Sərkisyan Dağlıq Qarabağa qaçdı və ATƏT səfirləri Ermənistanı tərk etdikdən sonra kabinetinə qayıtdı.

- ikincisi, ATƏT Minsk Qrupunun həmsədrləri xarici işlər nazirlərinin Paris görüşünün hazırlığı ərəfəsində Latın Amerikasından yenicə səfərdən qayıtmış xarici işlər naziri E. Nalbandyanın bu regionun əlavə 4-5 dövlətinə səfərinin anonsu verildi. Səfərin və Parisə təyin olunan görüşün tarixi üst-üstə düşdü. Həmsədrlər inadkarlıq nümayiş etdirdiyi üçün E. Nalbandyan yayına bilmədi, görüşməyə məcbur oldu;

- üçüncüsü, Fransaya üç günlük səfər edən erməni prezident əlavə bir həftə ölkəsinə qayıtmayacaq, xaricdə qalacaq. Ermənistan prezidentinin mətbuat xidməti S. Sərkisyanın səhhətində heç bir problemin olmadığını bildirir. Yayda isə S. Sərkisyan məzuniyyətindən tam istifadə edib. ATƏT MQ həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra noyabrın ikinci yarısında regiona gələcəklərini anons etmişdilər. Bu dövrü S. Sərkisyan xaricdə gizlənəcəkdir. Söz yox, vasitəçilər bunu nəzərə alıb səfərin vaxtını dəyişdilər, noyabrın sonu-dekabrın əvvəli, ATƏT Xarici işlər nazirləri Şurasının Şimali İrlandiyadakı yığıncağınadək regiona gəlməyin anonsunu verdilər.

Ermənistan rəhbərliyinin bu davranışı Dağlıq Qarabağ danışıqlarında vəziyyətin, ən azı, onların xeyrinə olmadığını göstərir.

Beynəlxalq aləmi Ermənistanın üzərinə qaldıran ən mühüm məsələlərdən biri İranın Dağlıq Qarabağ məsələsində mövqeyinin qismən Azərbaycana tərəf dəyişilməsinin onlara bəlli olmasıdır. Ermənistan xristian həmsədr ölkələri təmsilçilərini inandırmışdı ki, İran müsəlman Azərbaycanı deyil, xristian Ermənistanı dəstəkləyəcək. Bu fonda S. Sərkisyanın İranın Ermənistanın yanında olmasını nümayiş etdirmək, Qarabağı xilas etmək qədər vacib məsələdir. M. Əhmədinecad hökuməti bu addıma getdi.

Şuşanın işğalına şərait yaratmış İranın vasitəçiliyi, Ermənistanın eks-prezidenti Ter-Petrosyanın İranın Ermənistanın xilaskarı olması haqqında bəyanatları, İranın eks-prezidenti Rəfsancaninin Zəngilan rayonu işğal olunan gün Bakıda verdiyi açıqlama, 2008-ci ildə Gürcüstanın Cənubi Osetiyadakı müharibəsi zamanı İranın Ermənistan üçün xilaskar rolunun ifasını təkrarlaması və s. fonunda Meğri SES-in tikintisi İranın Qarabağ məsələsində növbəti xəyanətkarlığının, kəskin antiazərbaycançılığının davamlı olduğunun sübutu kimi başa düşülə bilər

Əgər Meğri SES-in tikintisi İranın növbəti xəyanət proyekti deyilsə, Dağlıq Qarabağ münaqişəsini yubatmaq məqsədilə edilməyibsə İran bunu müvafiq praktiki addımları ilə sübut etməlidir.

Ermənistan Gömrük İttifaqına girməkdən yayındığı üçün Rusiya ona kredit vermir. Qərbin inteqrasiya layihələrinə isə Rusiyanın qorxusundan rəsmən qoşula bilmir. Buna görə Avropa İttifaqı Ermənistan üçün kredit təşkil etmir. Belə vaxtda İranın Ermənistana iqtisadi və siyasi dəstəyi tamam fərqli parametrlərlə ölçüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR